2018ci ildə Gəncədə doğulan ilk körpə oğlan olub FOTO


Digərləri 01 Yan 2018 13:46:00 302 0

2018ci ildə Gəncədə doğulan ilk körpə oğlan olub  FOTO

2018-ci ilin birinci günündə Gəncədə doğulan ilk körpə oğlan olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  Gəncə Regional Perinatal Mərkəzin mama-ginekoloqu Mənzər Məmmədovanın dediyinə görə, Yeni il axşamı həkimlər tərəfindən ikisi oğlan, üçü qız olmaqla ümumilikdə beş doğuş qəbul edilib.

Şəmkir rayonunun Bayramlı kənd sakini 1992-ci il təvəllüdlü Gülnaz Əmiraslanova yanvarın 1-də saat 00:30 radələrində ailənin ikinci övladı olan oğlan uşağını dünyaya gətirib. Çəkisi 3 kiloqram, boyu 50 santimetr olan körpə tam sağlamdır.

Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Sevinc Hüseynova isə yanvarın 1-də saat 08:15 radələrində ailənin ilk övlad payı olan qız uşağını dünyaya gətirib. Çəkisi 3,2 kiloqram, boyu 50 santimetr olan körpə tam sağlamdır.


Xəbərə aid fotolar