Zoluşka sindromu: bəlkə siz də bundan


Digərləri 01 Yan 2018 13:35:00 345 0

Zoluşka sindromu: bəlkə siz də bundan

Zoluşka" olmaq qazanların hisini təmizləyərkən xəyallarda balo gecəsindəki "prinçessa" olmaqdır.

1. " Zoluşka" sindromunun psixologiyada tarixindən: Son.az kenquru.az-a istinadən bildirir ki, ilk dəfə bu mövzuya Ziqmund Freyd münasibət bildirmişdir. O qədim yunan mifologiyasının qəhrəmanlarından istifadə edərək bu mövzuya öz töhfəsini vermişdir. Sonrakı dövrlərdə Karl Yunq müxtəlif xalqların nağıl və əfsanələrindən ümumi qanunauyğunluqları seçmişdir.Bunun əsasında arxeotipləri ümumiləşdirmişdir. 50-ci illərdə isə Bern "qırmızıpapaq"ın nümunəsində bu mövzunu analiz etmişdir. Qırmızıpapaq obrazını real həyatla müqayisədə araşdırmışdır. Bütün bu yanaşmalar nağılların psixoloji işində öz əksini tapmışdır.

2. Ziqmund Freyd bu sindromun əlamətlərini belə şərh edirdi Hər bir şeyi ideal etmək istəyi, hər kəsə xoş gəlmək arzusu, etiraz etməmək və əsilzadə olduğunu düşünmək. Hərdən "Zoluşka"ları əyalət insanı adlandırırlar, hansı ki, varlı ər axtarışındadırlar. Lakin bu yanaşma mövzuya çox səthi yanaşmadır. Ona görə ki, əslində" Zoluşka"sujeti şəxsiyyətin çevrilməsi, dəyişməsi haqqındadır.

3. Qadın qəhrəman" Zoluşka" hər zaman baloya getmək arzusundadır O baloya gedə bilmək üçün müxtəlif cətinlikləri keçir mübarizə aparır və finalda onu mütləq xoşbəxt hadisələr gözləyir. "Zoluşka" finalda iki yarının birləşməsi ilə daxili bütünlük və stabillik tapır. Şəxsiyyətin bütövləşməsinə, müstəqilləşməsinə bu cür can atmasına "Zoluşka" sindromu deyilir.

4. Çox vaxt " Zoluşka" münasibətdə olduğu insandan qadın və ya kişidən asılı vəziyyətdə olur Asılı olduğu insanın həyatı ona həmişə parlaq, cəlbedici, dolğun,  bayram kimi görünür. Bunun əksinə öz həyatı boz, heç nəyə yaramayan və mənasız gəlir.