"Manchester City"də ciddi itki


İdman 01 Yan 2018 13:35:00 279 0

"Manchester City"də ciddi itki

İngiltərə Premyer Liqasının 21-ci turunda “Crystal Palace”la səfər matçında (0:0) “Manchester City” ciddi itki ilə üzləşib.

“Şəhərlilər”in heyətində Qabriel Jezus matçın ilk dəqiqələrdə zədələnib. O, görüşü yarımçıq dayandırıb və 2017-ci ilin son qarşılaşmasını göz yaşları içində tərk edib. Oyunun 23-cü dəqiqəsində Serxio Aquero braziliyalını əvəzləyib. "Manchester City"nin baş məşqçisi Xosep Qvardiola qarşılaşmadan sonra 20 yaşlı forvardın durumunun ciddi olduğunu və 1-2 ay yaşıl meydanlardan kənar qalacağını deyib.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2017-ci ildən "Manchester City"də oynayır.