Qənirə Paşayeva Burundi, Çad, Qabon və Qambiyanın tanınınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb (FOTO)


Digərləri 01 Yan 2018 13:33:00 259 0

Qənirə Paşayeva Burundi, Çad, Qabon və Qambiyanın tanınınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb (FOTO)

Milli Məclisin deputatı Qənirə Paşayeva Burundi, Çad, Qabon və Qambiyanın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər...

Bakı. Milli Məclisin deputatı Qənirə Paşayeva Burundi, Çad, Qabon və Qambiyanın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva Burundi, Çad, Qabon və Qambiya heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Deputat nümayəndə heyətinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.