"Manchester United"in futbolçusu cəzalandırıldı


İdman 01 Yan 2018 12:21:00 248 0

"Manchester United"in futbolçusu cəzalandırıldı

"Manchester United"in futbolçusu Eşli Yanq qarşıdakı 3 oyunda komandasına kömək edə bilməyəcək.

Goal.az xəbər verir ki, İngiltərə Futbol Assosasiyası "Southampton"la oyunda (0:0) rəqib futbolçu Duşan Tadiçi dirsəklə vurduğuna görə Yanqı cəzalandırıb. Oyun zamanı referi Kreyq Pouson və onun köməkçiləri bu epizoda reaksiya verməmişdi. 

"Manchester United"in futbolçusu Tadiçə qarşı aqressiv davrandığını qəbul etsə də, cəzanın sərt olduğunu bildirib. O, "Everton", "Stoke City" və "Derby County" ilə oyunları buraxmalı olacaq.