Yeni ilin ilk günü Astarada ev yanıb, 1 nəfər ağır xəsarət alıb


Digərləri 01 Yan 2018 12:06:00 242 0

Yeni ilin ilk günü Astarada ev yanıb, 1 nəfər ağır xəsarət alıb

Yaralının vəziyyəti ağırdır

Yeni ilin ilk səhəri Astara rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb. 57 yaşlı ev sahibi Şəfiyev Rahim Heybət oğlu ağır bədən xəsarətləri alaraq Astara Rayon Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı təcili olaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Yanğının nədən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.