Bayram günü İmişlidə maşın yol ilə gedən 7 piyadanı vurub, 1 nəfər ölüb


Sosial 01 Yan 2018 11:46:41 271 0

Bayram günü İmişlidə maşın yol ilə gedən 7 piyadanı vurub, 1 nəfər ölüb

Daha iki nəfər vəziyyətləri ağır olduğu üçün Bakıya göndərilib

İmişlidə 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

İmişli sakini, 48 yaşlı Seymur Murtuzəli oğlu Mehdiyevin sükanı arxasında olduğu “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və nəticədə avtomobil 7 piyadanı vurub. Qəza zamanı 2000-ci il təvəllüdlü İmişli sakini Həsənli Həsrət Səfər oğlu hadisə yerində ölüb, digər 6 nəfər – İmişli sakinləri, 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, Cavadov Ruslan Etiram oğlu (1997), Ruslanzadə Səbuhi Namiq oğlu (2001), üç qardaş - Həsənli Sahil Səfər oğlu (1990) və Həsənli Şəhriyar Səfər oğlu (1993), Həsənli Şahin Səfər oğlu (1996) İmişi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan gənclərdən ikisinin vəziyyəti ağır olduğundan onlar Bakı şəhərinə göndərilib.

Sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli rayon Polis şöbəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.