Avropa İttifaqının ən kasıb ölkəsi ilk dəfə Aİ Şurasına sədrlik edəcək


Dünya 01 Yan 2018 10:24:00 279 0

Avropa İttifaqının ən kasıb ölkəsi ilk dəfə Aİ Şurasına sədrlik edəcək

Avropa İttifaqının ən kasıb ölkəsi olan Bolqarıstan yanvarın 1-dən ilk dəfə olaraq Aİ Şurasına sədrlik edəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, Bolqarıstan 2018-ci ilin iyulunda Aİ Şurasına sədrliyi Avstriyaya təhvil verəcək. Qeyd olunan müddət ərzində  Bolqarıstan Aİ Şurasının ekspert və siyasi səviyyədə iclaslarının gündəliyini tərtib edəcək,  XİN rəhbərlərinin iclasları istisna olmaqla, Aİ-nin nazirlər səviyyəsində keçiriləcək bütün gğrüşlərinə sədrlik edəcək.  XİN rəhbərlərindən ibarət Aİ Xarici işlər Şurasının fəaliyytinə Aİ-nin diplomatiya rəhbəri nəzarət edir.   Qeyd edək ki, Bolqarıstan adambaşına ÜDM istehsalına görə (Aİ üzrə orta göstəricidən 51% aşağı) Aİ ölkələri arasında sonuncu yeri tutur.