ATƏTə sədrlik İtaliyaya keçib


Siyasət 01 Yan 2018 09:37:00 301 0

ATƏTə sədrlik İtaliyaya keçib

İtaliyanın ATƏT-dəki sədrliyinin əsas prioritetlərindən biri regiondakı mövcud münaqişələrin həlli olacaq

Bu gündən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik Avstriyadan İtaliyaya keçib.

Son.az "Report"a istinadən bildirir ki, rəsmi Roma 2018-ci il ərzində təşkilata rəhbərlik edəcək. Qeyd edək ki, İtaliyanın ATƏT-dəki sədrliyinin əsas prioritetləri regiondakı mövcud münaqişələrin həlli, radikallaşmaya, zorakı ekstremizmə və terrorçuluğa qarşı mübarizə, eləcə də etimadın bərpası olacaq. Xatırladaq ki, ATƏT-də sədr dəyişikliyi rotasiya qaydasında hər il həyata keçirilir. Bir ölkənin təşkilata sədrliyi bu ilin yanvarın 1-dən növbəti ilin eyni tarixinədək davam edir. 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin