II İlya azərbaycanlılara sülh, xoşbəxtlik və əminamanlıq arzulayıb


Dünya 01 Yan 2018 09:39:00 279 0

II İlya azərbaycanlılara sülh, xoşbəxtlik və əminamanlıq arzulayıb

2017-ci il ölkə üçün ağır, çətin olub, lakin Tanrını köməyi ilə bu çətinlikləri arxada qoymaq mükün olub

Bütün Gürcüstanın patriarxı II İlya ölkənin bütün sakinlərinə sülh, xoşbəxtlik və əminamanlıq arzulayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə o televiziya vasitəsi ilə xalqa ünvanladığı Yeni il müraciətində deyib. Bütün Gürcüstanın patriarxı qeyd edib ki, 2017-ci il ölkə üçün ağır, çətin olub, lakin Tanrının köməyi ilə bu çətinlikləri arxada qoymaq mümkün olub. O, gürcülərə, abxazlara, osetinlərə, yunanlara, ruslara, azərbaycanlılara və diqər ölkə vətəndaşlarına sülh, xoşbəxtlik və əminamanlıq arzulayıb.