Oumuamua asteroidi: uzaqlardan gələn ilk ziyarətçi


Digərləri 01 Yan 2018 09:20:00 274 0

Oumuamua asteroidi: uzaqlardan gələn ilk ziyarətçi

Oktyabrda Havay Universitetində həyəcanlı bir kəşf oldu. NASA tərəfindən maliyyələşdirilən və vəzifəsi Yer yaxınlarındaki asteroid və kometleri izləmək olan Pan-STARRS1 teleskopu komandası əvvəllər heç bilmədikləri bir cisim (Oumuamua asteroidi) kəşf etdiklərinin fərq etdilər. Kəşf edildiyi vaxt Yerdən 30 milyon kilometr uzaqlıqda olan cismin nə olduğu naməlum idi. Bu bir komet, asteroid yoxsa başqa bir şey idi?

Son.az yasilelm.com-a istinadən bildirir ki, cismin hiperbolik orbitinə baxarkən görünür ki, Günəşin ətrafında orbitə sahib deyil. Orbitini hesabladığımız zaman ana ulduzunun Veqa olduğu görünür. Obyektin sürəti saniyədə 26,4 km-dir. İlk hesablamalar cismin yaşının 300000 il olduğunu göstərir. Amma o bu qədər qısa müddətdə Veqadan gəlib çata bilməz. Bir qədər sonra "bəlkə bir kometdir" - deyə düşünüldü. Çünki əgər elədirsə, ulduzların yanından keçəndə əlavə sürət qazana bilərdi. Ancaq ESO və bir sıra digər rəsədxanalardan gələn müşahidə qeydləri onun bir Komet ola bilməyəcəyini göstərdi. Nəhayətdə cismin bir asteroid olduğuna qərar verildi. Beynəlxalq Astronomiya İttifaqı 14 noyabr 2017 də etdiyi açıqlama ilə 1I/2017 U1 texniki adını verdiyi obyekti "ulduzlararası asteroid" olaraq kateqoriyalaşdırdı. Bu, tamamilə yeni bir kateqoriya idi və bu obyekt həmin adı alan ilk obyekt oldu.

Kəşfin sahibləri Havay adalarından olan astronomlar isə ona Havay dilində olan "Uzaqlardan gələn ilk ziyarətçi" mənasında olan "Oumuamua" adını verdilər. Cismin fiziki xüsusiyyətləri haqqında da məlumatımız var. Kəşfindən dərhal sonra uyğun olan bütün teleskoplar sözün həqiqi mənasında səfərbərlik elan etdi və cismin bütün xüsusiyyətlərini kəşf etdilər. Görünüşünə görə cisim siqara bənzəyir. 100 metr diametrə və 800 metr uzunluğa sahibdir. Belə bir geometrik ölçü daha öncə Günəş sistemində heç vaxt müaşhidə edilməyib. Həmçinin, hər 7,3 saatda bir parlaqlığı 10 qat çoxalır. Bu onu göstərir ki cisim orbitdə sürətlə hərəkət edir. Cismin tərkibinə su və buz daxil deyil. Əsasən metaldan ibarətdir. Və ulduzlararası səfəri əsnasında davamlı olaraq kosmik şüalarla bombardman edildiyi üçün rəngi qızarıb.

Bu kəşf elə də güclü sensasiya yaratmasa da, astronomların ilk dəfə olaraq "başqa bir ulduzdan gələn" ilk ziyarətçini müşahidə etməsi deməkdir. Yəni bu, həqiqətən də tarixi bir kəşfdir. Astronomlara görə bu cür cisimlərdən hər il ən az bir dənəsi yaxınlığımızdan keçir, amma əsasən çox kiçik olduqlarına görə onları görə bilmirik. Bu dəfə uzunsov bir cisimlə üz-üzə gəldiyimiz üçün şanslıyıq.