Liverpulda 1600 yerlik avtomobil dayanacağı yanıb


Dünya 01 Yan 2018 09:05:00 237 0

Liverpulda 1600 yerlik avtomobil dayanacağı yanıb

İngiltərənin Liverpul şəhərində 1600 yerlik avtomobil dayanacağı yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində dayanacaqda olan bütün avtomobillər yanıb.

Dayanacaq atların beynəlxalq sərgisi keçirildiyi "Echo Arena" əyləncə meydançasında baş verib. Yanğın nəticəsində sonuncu, dördüncü şounu ləğv edilib və heyvanlartəxliyə edilib. Yerli sakinlər tüstünün yayılması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar.

"İlkin araşdırmalar göstərib ki, yanğın avtomobillərin birində başlayıb, daha sonra isə digər avtomobillərə keçib. Bizim məlumatlarımıza görə, dayanacaqda bütün avtomobillər məhv olub", - Mersisayd qraflığının polis idarəsi bidirib.