KostaRikada təyyarə qəzası: 12 nəfər həlak oldu FOTO


Dünya 01 Yan 2018 09:08:00 247 0

KostaRikada təyyarə qəzası: 12 nəfər həlak oldu  FOTO

Kosta-Rikanın şimal-qərbindəki Quanakasta bölgəsində təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.

Son.az El Mundo-ya istinadən bildirir ki, həlak olanların 10 nəfəri turistlər, 2 nəfəri pilotlardır.

Yerli "Nature Air" aviaşirkətinə məxsus "Cessna 208 Caravan" təyyarəsinin sərnişinləri ABŞ vətəndaşları idilər.

Qəzada bir ailə tamamən həlak olub. Onlar Bryus Şteynberq, İren Şteynberq, Metyu Şteynberq, Uilyam Şteynberq və Zaxari Şteynberqdir.

Digər qurbanlar Mitçell Vays, Lesli Levin Vays və onların qıhları Hanna Ma Vays, habelə Amanda Rey Qeyssler və Cin Vinq Setodur.

Şteynberqlər ailəsi ABŞ-ın Nyu-York ştatındakı Vestçester bölgəsinin, Skarsdeyl şəhərinin sakinləri idilər.

Pilotlar Xuan Manuel Retana və Emma Ramos olublar.


Xəbərə aid fotolar