Kim Çen In:Bütün ABŞ nüvə silahımızın əhatə dairəsindədir


Dünya 01 Yan 2018 05:29:07 262 0

Kim Çen In:Bütün ABŞ nüvə silahımızın əhatə dairəsindədir

Şimali Koreyanın lideri xalqa ünvanladığı Yeni il müraciətində vurğulayıb

Şimali Koreya 2017-ci ildə milli nüvə qüvvələrin yaradılmasını yekunlaşdırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin lideri Kim Çen In bəyan edib.

"Biz milli nüvə qüvvələrinin yaradılmasını yekunlaşdırdıq," – deyə Şimali Koreyanın lideri xalqa ünvanladığı Yeni il müraciətində vurğulayıb. 

“Reuters”-in məlumatına görə, Şimali Koreya lideri ABŞ heç zaman onun ölkəsinə qarşı müharibə başlaya bilməyəcəyini bəyan edib. Belə ki, ölkənin mövcud nüvə silahı ilə ABŞ-ın əsas ərazisinə atəş aça bilər.

“Bütün ABŞ nüvə silahımızın əhatə dairəsindədir. Nüvə düşməsi isə masamın üzərində. Bu reallıqdır, təhdid deyil,” –deyə o bildirib.