Cocuq Mərcanlıda bayram sevinci 24 ildən sonra REPORTAJ VİDEO


Digərləri 31 Dek 2017 23:39:00 224 0

Cocuq Mərcanlıda bayram sevinci  24 ildən sonra  REPORTAJ  VİDEO

Cocuq Mərcanlı sakinləri 24 ildən sonra ilk dəfə olaraq öz ata-baba torpaqlarında Yeni il bayramını qeyd edəcəklər. Uğurlu aprel döyuşlərindən sonra öz dogma kəndlərinə qayıdan ailələr Yeni il hazırıqlarını başa çatdırıblar.

Son.az bildirir ki, 24 il sonra onlar yenidən dogma yurdlarında bayramı qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi Cocuq Mərcanlı sakinlərinin həyəcanını bir az da artırıb.

Bayram günü "Xəzər Xəbər" Cocuq Mərcanlıda Məmmədovlar ailəsinin evində oldu. Bayram sevincini bölüşən bu ailə də digər məcburi köçkünlər kimi uzun sürən həsrətin sona çatdığını deyirlər.

Ailə başcısı Taleh Məmmədovun sözlərinə görə, dədə-babalarının əmanət etdikləri torpaqlarda bu axşam ocaqlar qalanacaq, qazanlar qaynayacaq, sevinc səsləri eşidiləcək.

Ailənin digər üzvü Vüsalə Qəhramanova isə bildirir ki, insanın öz evində, öz yurdunda bayram keçirməsi böyük zövqdür. Cocuq Mərcanlıdan 8 yaşı olanda köçkün düşən qadın müxtəlif rayonlarda məskunlaşmalı olub. Qayıdışın başladığını görən kimi doğma kəndinə qayıdıb.