Bakıda mənzildə qadın cəsədi aşkar edilib


Digərləri 31 Dek 2017 23:29:00 206 0

Bakıda mənzildə qadın cəsədi aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Nəbiyeva Ellada Ayaz qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.