İran prezidenti vətəndaşların etiraz etmək hüququnu qəbul edib


Dünya 31 Dek 2017 22:11:30 285 0

İran prezidenti vətəndaşların etiraz etmək hüququnu qəbul edib

"Etiraz və tənqid – vətəndaşlara Konstirusiya ilə verilən hüquqlardır"

İran prezidenti Həsən Ruhani son günlər ölkənin müxtəlif şəhərlərdə keçirilən etiraz aksiyalarına münasibət bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə prezidnet yerli KİV söyləyib.

Siyasətçi bu aksiyaların zorakılığa keçməyəcəyi təqdirdə vətəndaşların etiraz etmək hüququnu qəbul edib.

"Etiraz və tənqid – vətəndaşlara Konstirusiya ilə verilən hüquqlardır əgər onlar zorakılıq və ictimai mülkiyyətə ziyan verməyi nəzərdə tutmur ,” – deyə İran prezindenti söyləyib.