Sumqayıtda qadağan olunmuş pirotexniki vasitələr satışa çıxarılıb - FOTO


Sosial 31 Dek 2017 17:52:43 274 0

Sumqayıtda qadağan olunmuş pirotexniki vasitələr satışa çıxarılıb - FOTO

Artıq iki gündür ki, açıq şəkildə satışa çıxarılan məhsullara aidiyyatı qurumlar məhəl qoymurlar

Sumqayıt şəhərində pirotexniki vasitələr satışa çıxarılıb. "Report"un yerli bürosunun məlumatına görə, satışı qadağan olunmuş məhsullara şəhərin müxtəlif ərazilərində, o cümlədən, 17-ci mikrorayon, Sülh küçəsi və digər yaşayış binalarının qarşısında rast gəlinir.

Sumqayıtda pirotexniki vasitələrin satışına qadağa qoyulsa da, buna məhəl qoymayan insanlar var. Bayram günündən istifadə edən şəxslər müxtəlif partlayıcı vasitələri istədiyi qiymətə satışa çıxarıblar.

Artıq iki gündür ki, açıq şəkildə satışa çıxarılan məhsullara aidiyyatı qurumlar məhəl qoymurlar.