Alimlər orqanizmin bədən çəkisini tənzimləyən daxili sistemini aşkar ediblər


Digərləri 31 Dek 2017 15:57:00 290 0

Alimlər orqanizmin bədən çəkisini tənzimləyən daxili sistemini aşkar ediblər

İsveçin Göteborq şəhərindəki universitetin bir qrup alimi apardıqları sınaqlar çərçivəsində orqanizmin bədən çəkisini tənzimləyən daxili sistemini aşkar edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər qeyd edirlər ki, onlar üzərində təcrübə aparılan siçanların bədəninə müəyyən olunmuş kapsullar yerləşdirməklə eksperiment keçiriblər. Tədqiqatçıların sözlərinə görə, iki həftə sonra kapsul implant edilmiş gəmiricilər qida qəbulunu azaldıb ki, bu da öz növbəsində çəkilərinin gözə çarpacaq dərəcədə azalması ilə nəticələnib.

O da qeyd edilib ki, üzərində təcrübə aparılan siçanlar onların bədəninə yeridilmiş kapsulların ağırlığı qədər çəki itirib.