"Manchester United"in hücumçusu zədələnib


İdman 31 Dek 2017 15:32:00 300 0

"Manchester United"in hücumçusu zədələnib

“Manchester United”in hücumçusu Zlatan İbrahimoviç ilin sonunda yenə zədələnib. Goal.az xəbər verir ki, isveçli ulduz yenə dizindən xəsarət alıb və yaşıl meydanlara növbəti dönüşü bir ay çəkəcək. Bu barədə “Southampton”la oyundan sonra baş məşqçi Joze Mourinyo açıqlama verib. Portuqal mütəxəsis onun xidmətindən istifadə etməməsini zədə ilə əlaqələndirib. Dizindən aldığı zədə səbəbindən 9 ay futboldan uzaqda qalan İbrahimoviç noyabrda yenidən oynamağa başlamışdı.