Argentinalı hücumçuya fişəng xəsarət yetirib


İdman 31 Dek 2017 14:52:00 287 0

Argentinalı hücumçuya fişəng xəsarət yetirib

Uruqvayın "Penarol" klubunda forma geyinən Lukas Vyatri Milad şənlikləri zamanı xəsarət alıb. Goal.az xəbər verir ki, 30 yaşlı hücumçunun üzünə fişəng qəlpəsi düşüb. Onun göz nahiyəsi ciddi zədə alıb. İlkin məlumata görə, Vyatri minimum 2 ay komandasına kömək edə bilməyəcək və "Penarol"un mövsümöncəsi hazırlıq prosesində iştirak etməyəcək. Vyatri bu mövsüm 14 oyuna 4 qol vurub.