Avstraliyada hidro-təyyarənin qəzaya uğraması nəticəsində heyət üzvü və sərnişinlər həlak olub


Dünya 31 Dek 2017 13:37:41 303 0

Avstraliyada hidro-təyyarənin qəzaya uğraması nəticəsində heyət üzvü və sərnişinlər həlak olub

Təyyarə Sidneydən şimalda Yeni Cənubi Uels ştatında Hoksberi çayına düşüb.

Avstraliyada, Sidney şəhəri yaxınlığında "Sydney Seaplanes" şirkətinə məxsus hidro-təyyarə çaya düşərək qəzaya uğrayıb. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, nəticədə təyyarədə olan altı nəfər - pilot və 5 sərnişin həlak olub.    

Hadisə Bakı vaxtı ilə, bu gün saat 08:15 radələrində baş verib. Təyyarə Sidneydən şimalda Yeni Cənubi Uels ştatında Hoksberi çayına düşüb.