Bu rənglər bayram axşamı hər kəsə uğur və vardövlət GƏTİRƏCƏK FOTO


Digərləri 31 Dek 2017 11:31:00 631 0

Bu rənglər bayram axşamı hər kəsə uğur və vardövlət GƏTİRƏCƏK  FOTO

Xəbər verdiyimiz kimi 2018 Sarı Torpaq İt ili olacaq. Münəccimlərin sözlərinə görə, qarşıdakı il bizə çoxlu sevinc və səadət bəşx edir. Axı İt insanın ən sadiq dostudur. Əsas odur ki, Yeni ildə uğur gətirən rənglərə üstünlük verəsiniz.

Son.az bayram axşamı hər kəsə uğur gətirən rənglərin siyahısını təqdim edir.

Uğur rəngi: Sarı

Sarı rəng müdriklik və sevinc rəmzidir. Həm də bu ilin əsas rəngidir, çünki Şərq təqviminə görə, 2018-ci il Sarı Torpaq İt ili üzərində təhvil olunur. Odur ki, bayram axşamı sarı paltar geyinmək hər kəsə uğur gətirəcək.

Aksesuarlar və ayaqqabı

Belə paltarla qızılı bəzək əşyaları çox yaxşı yaraşacaq. Ayaqqabı və çantanı sapfir çalarlarda seçin. Onlar obrazın parlaqlığını tarazlaşdıracaq.

Uğur rəngi: Qara

Qara həmişə eleqantlıq rəzmi olub və olacaq. Əgər Yeni İli qara paltarda qaşılasanız, onda bütün ili harmoniya və sakitlik içində keçirəcəksiniz.

Aksessuar və ayaqqabı

Krujeva donu daşlarla bəzədilmiş əl çantası və dikdaban ayaqqabılarla tamamlayın. Obrazı qırmızı dodaq boyasının köməyi ilə canlandırmağa dəyər.

Uğur rəngi: Çəhrayı

Bütün açıq rənglər yüngüllük və müsbət fikir yaradır, odur ki, bu rəngli paltarlar geyinənlərə Sarı İt ili çoxlu sürprizlər vəd edir.

Aksessuar və ayaqqabı

Zərifliyi qorumaq üçün paltara uyğun olaraq çəhrayı qızıldan olan sırğa taxın. Dəsti eyni rəngli klatç və strazlarla bəzədilmiş stilettolarla birləşdirin.

Uğur rəngi: Zoğalı

Bu rəng nəciblik, sülh və rifahın simvolu kimi düşünülür. Yeni ildə hansımız ona "Yox" deyə bilərik ki?


Xəbərə aid fotolar