Montella: "Sevilla" futbola baxışlarımı ifadə etmək üçün ideal klubdur"


İdman 31 Dek 2017 11:32:00 322 0

Montella: "Sevilla" futbola baxışlarımı ifadə etmək üçün ideal klubdur"

Vinçenzo Montella "Sevilla"nın baş məşqçisi kimi ilk mətbuat konfransında iştirak edib. Goal.az xəbər verir ki, italiyalı mütəxəsis bunları deyib:

"Mənə yaratdığı imkana görə "Sevilla"ya təşəkkür edirəm. Qısamüddətli perspektivdə məqsədim hər oyunda qələbə qazanmaqdır. Bura futbola baxışlarımı ifadə etmək üçün ideal klubdur. Mənim üçün yaxşı şans yaranıb. Sevilya şəhərinin stadionu, klubu və ruhiyyəsi məni heyran etdi. Avropa Liqasında "Fiorentina" ilə şəhərə ilk dəfə gələndə buna şahid olmuşdum. Bu mövsüm çoxu Çempionlar Liqasında olmaqla, komandanın bir neçə matçını izləmişəm. Hər şeydən öncə, futbolçularda xarakter və həvəs görmək istəyirəm. Futbol idealım baxımlı oyundur. Yaxşı futbol nümayiş etdirsək, qalib gəlmək daha asan olacaq.