Roberto Karlos: "Vinisius "Real"da çoxlarının kumiri olacaq"


İdman 31 Dek 2017 10:50:00 304 0

Roberto Karlos: "Vinisius "Real"da çoxlarının kumiri olacaq"

"Flamengo"nun gənc yarımmüdafiəçisi Vinisius Junior yayda "Real"ın heyətinə qoşulacaq. Goal.az xəbər verir ki, Roberto Karlos həmyerlisinin Madrid klubunda uğur qazanacağına inamını ifadə edib.

"El Clasico"dan öncə onun ailəsi ilə birlikdə Madriddə idim. Hamısı sadə insandır. Vinisius "Real"da oynamağın çətin olduğunu bilir. Azarkeşlər futbolçudan çox şey tələb edir. Vinisius "Real"ın futbolçusu olacaq. Bu, onun üçün böyük qürur mənbəyidir. Artıq onun üzərində ciddi məsuliyyət var, günü-gündən oyun baxımından artırmalıdır. Juniora uğurlar arzulayıram. Əminəm ki, tezliklə "Real"da çoxlarının kumiri olacaq. Çox gənc olduğundan buna hazır olduğunu deyə bilmərəm. "Real" klubun gələcəyi barədə düşünür. Vinisius ideal gediş idi. Komanda onun futbolçu və insan kimi inkişafını sürətləndirəcək".