Rəqqada İŞİD qurbanlarının kütləvi məzarlıqları aşkarlanıb


Dünya 31 Dek 2017 10:38:00 276 0

Rəqqada İŞİD qurbanlarının kütləvi məzarlıqları aşkarlanıb

Suriyanın Rəqqa şəhərinin ətrafında İŞİD qurbanlarının iki kütləvi məzarlığı aşkarlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, xəndəklərdən birində qətlə yetirilmiş 115 insanın cəsədi aşkarlanıb. Meyitlər tanınması üçün hərbi hospitala gətirilib. Məlumata görə, ölənlər arasında mülki şəxslər, onlarla hərbçi və polis əməkdaşı var.