İsraildə korrupsiya əleyhinə kütləvi etiraz aksiyaları keçirilib


Dünya 31 Dek 2017 10:21:00 424 0

İsraildə korrupsiya əleyhinə kütləvi etiraz aksiyaları keçirilib

İsrailin bir neçə şəhərində korrupsiya əleyhinə növbəti kütləvi etiraz aksiyaları keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Təl-Əvivdə təşkil olunan aksiyada 2 min etirazçı iştirak edib. Paytaxtdakı aksiyaya qatılan etirazçılar hazırda korrupsiya cinayəti ilə əlaqədar barəsində istintaq tədbirləri görülən ölkənin baş naziri Binyamin Netanyahunun istefaya getməsini tələb ediblər.   

Etiraz aksiyaları həmçinin Qüds, Hayfa və Afulada keçirilib.