Gömrük Komitəsinin əməkdaşının 320 minlik cinayəti


Kriminal 31 Dek 2017 10:12:00 254 0

Gömrük Komitəsinin əməkdaşının 320 minlik cinayəti

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyəyə qaçaqmalçılıq yolu ilə 130 min manatlıq qızıl və 190 min dollar pul aparmaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı - Kamran Əhmədov, İlqar Əbilov, Elvin Yusubov və Rəşad Nəsibovun məhkəməsi keçirilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevim icraatında olan prosesdə sənədlərin tədqiqi mərhələsi yekunlaşıb, ardınca məhkəmə istintaqının tamamlandığı elan edilib. Proses yanvarın 11-də davam etdiriləcək. Növbəti iclasda təqsirləndirilən şəxslərə cəza istəniləcək.

Qeyd edək ki, bu şəxslərin saxlanılması üçün əməliyyat Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə aparılıb.