İranda ardıcıl üçüncü gündür etiraz aksiyaları keçirilir


Dünya 31 Dek 2017 10:10:08 228 0

İranda ardıcıl üçüncü gündür etiraz aksiyaları keçirilir

Aksiyalar qiymət artımına etiraz əlaməti olaraq başlayıb

İranda artıq üçüncü gündür etiraz aksiyaları davam edir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, aksiyalar əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.

Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla insan saxlanılıb.

KİV-in məlumatına görə, iki nümayişçi güllələnib.