"Liverpool"un sabiq kapitanı Mourinyoda səhv tutdu


İdman 31 Dek 2017 10:05:00 251 0

"Liverpool"un sabiq kapitanı Mourinyoda səhv tutdu

"Liverpool"un sabiq kapitanı Ceymi Karraqer "Manchester United"in baş məşqçisi Joze Mourinyonun fikirlərini tənqid edib. Goal.az xəbər verir ki, Karraqer portuqal mütəxəsisin "Manchester City"ni astronomik pullar xərclədiyinə görə üstün sayması ilə razılaşmayıb.

"Pep Qvardiola "Manchester United"də çalışsaydı, komanda çempion olardı. Joze Mourinyonun Mançester klubları arasındakı fərqin pul olması barədə arqumentində xəta var. Klubların heyətində futbolçuları müqayiə edəndə hansı daha güclüdür? Ederson David De Xeadan güclü sayılır? Nikolas Otmanedi və Con Stounz Erik Bayi və Fil Consdan üstündür? "United" azarkeşləri Matiçin əvəzinə Fernandinyonu istəyir? "Qırmızı şeytanlar" Pol Poqbanı transfer etməklə rekord qırmışdı. Romelu Lukaku Premyer Liqada ən bahalı transferi oldu. Hansı ingilis klubu hədəfləri barədə daha iddialı açıqlamalar verirdi?"