Tramp sosial şəbəkələrdə fəallığının səbəbini açıqlayıb


Dünya 31 Dek 2017 07:16:25 235 0

Tramp sosial şəbəkələrdə fəallığının səbəbini açıqlayıb

"Mən sosial şəbəkələrdən onlardan xoşum gəldiyi üçün istifadə etmirəm"

ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdən nə üçün fəal şəkildə istifadə etdiyinin səbəbini açıqlayıb.

“Report” xəbər verir ki, Amerika lideri bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Mən sosial şəbəkələrdən onları xoşladığım üçün istifadə etmirəm, saxta KİV kimi tanınan çox yalan və ədalətsiz "mətbuat"la yeganə mübarizə üsulu olduğu üçün bundan yararlanıram. Saxta və mövcud olmayan mənbələr həddindən artıq tez-tez istifadə olunur. Bir çox hadisə və məlumatlar xalis uydurmadır!", — deyə o yazıb.