Braziliyada polislərin etiraz aksiyası keçirməsi səbəbindən 12 nəfər öldürülüb


Dünya 31 Dek 2017 04:45:32 293 0

Braziliyada polislərin etiraz aksiyası keçirməsi səbəbindən 12 nəfər öldürülüb

Polislər əmək haqlarının qaldırılmasını tələb edirlər

Braziliyanın Riu-Qrandi-du-Norti ştatında polislərin tətil etməsi səbəbindən sutka ərzində azı 12 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə bazar günü UOL internet-portalı məlumat yayıb.

Etiraz aksiyasının başladığı günün əvvəlində məhkəmə-tibb müəssisəsinə odlu silah yarası almış 12 meyit gətirilib.

Polislər əmək haqlarının artırılması və əmək ödənişlərinin yaxşılaşdırılmasını tələb edirlər.

Hökumət asayişin bərpa olunması üçün əraziyə 2,8 min hərbçi göndərmək məcburiyyətində qalıb.