Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Digərləri 31 Dek 2017 02:10:51 342 0

Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib

Dekabrın 30-da Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov vəfat edib.

Bakı. Dekabrın 30-da Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov vəfat edib. Bu barədə Trend AZƏRTAC-a istinadən xəbər verir. Maestro Sadıxov 1929-cu ilin aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub. Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.