Bu fabrikdə yalnız keçmiş məhbuslar işləyir


Digərləri 31 Dek 2017 00:02:00 271 0

Bu fabrikdə yalnız keçmiş məhbuslar işləyir

İranda olan bir fabrikdə işləmək üçün xüsusi bir şərt qoyulub. Fabrikə yalnız keçmiş məhkumlar işçi olaraq qəbul edilir. "Arşia" zeytun fabriki İranın Məşhəd şəhərində yerləşir. Əli Rza Nəbi tərəfindən qurulub.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, onun ilkin maliyyəsi çox az olub. Əli Rza Nəbi öz işi haqda belə deyir: "Məşhur bir kəlam var: Əgər sən fərqlilik görmək istəyirsənsə onu yaratmalısan. Mən cəmiyyət tərəfindən təcrid edilmiş insanlara iş verməyə başladım". İndi onun 400-dən çox işçisi var.

"Elə günlərim olub ki, küçələrdə qəzet satardım. Yoxsulluğu bütün sümüklərimdə hiss edərdim. Onda özümə bu sözü verdim: Əgər nə vaxtsa imkanım olsa Allahdan başqa heç kimi olmayanlara yardım edəcəm".- deyə təəssüratlarını belə bölüşür.

O yalnız bu işlə kifayətlənmir. Pulsuz hüquqi məsləhətxana açıb və evsizlərə sığınacaqlar təklif edir. Həyat yoldaşı həbsxanada olan qadınlara da iş verir.