Bill Gates: günə 2 dollar qazanmaqla necə varlanmaq olar?


Digərləri 30 Dek 2017 23:50:00 420 0

Bill Gates: günə 2 dollar qazanmaqla necə varlanmaq olar?

Bill Gates dövrümüzün ən varlı insanlarından biridir və hazırda sərvəti 84 milyard dollar həcmində qiymətləndirilir. Haqqında bir çox şeyin deyilməsinə baxmayaraq, o bu sərvəti ağlı və sahibkarlıq bacarığı sayəsində əldə edib. Bu səbəbdən də, onun öz blogunda paylaşdığı məsləhətə diqqətlə qulaq asmağı məsləhət görərdik.

Son.az bizplus.az-a istinadən bildirir ki, artıq bir çoxlarınız bildiyi kimi, Bill Gates uzun illərdir xeyriyyəçilik ilə məşğuldur və bu məqsədlə nəhəng həcmdə pullar xərcləyir. Onun rəhbərlik etdiyi fondun məşğul olduğu əsas istiqamətlərdən biri yoxsulluq ilə mübarizədir. Onun bu yaxınlarda öz blogunda həsr etdiyi yazı da məhz bu haqda idi.

Beləliklə, gündəlik gəliri cəmi 2 dollar olan dünyanın ən varlı insanı nə edərdi? - Toyuq biznesi

"Sözsüz ki, bütün ölkələr və vəziyyətlər üçün keçərli olan vahid bir cavab yoxdur. Müxtəlif yerlərdə yoxsulluq müxtəlif xarakterlərə sahibdir. Lakin öz fondumda işləməyim sayəsində belə bir faktı öyrəndim ki, bir neçə hallarda məhz toyuq saxlamaq ilə insanları necə xilas etmək mümkündür. Mən bu haqda çox şey öyrəndim və inanın ki, Sietl-dan olan azyaşlı bir uşaq üçün bu əsl kəşf idi. İndi əminəm ki, dərin yoxsulluqdan toyuqların vasitəsilə çıxmaq olar.

Bu dəqiqə yoxsulluq həddində olsaydım, həqiqətən də toyuqçuluq ilə məşğul olardım.

Bunun üçün bir neçə əsas səbəb var:

1. Toyuq saxlamaq asandır

Toyuq saxlamaq asandır, yəni xüsusi qayğı tələb etmir. Bəzi toyuq növləri yerdən nə tapsa yeyirlər (lakin onları xüsusi yem ilə yemləyərək daha böyük uğurlara nail olmaq olar). Toyuqlara sadəcə kiçik sığınacaq yaratmaq lazımdır. Bunun üçün isə əlinizin altında olan materiallardan istifadə etmək olar. Bundan əlavə, onlara bir neçə peyvənd vurmaq lazımdır və bu da baha deyil.

2. Bu yaxşı investisiyadır