Xəstəxanaya gətirilən 2 azyaşlı qız


Dünya 30 Dek 2017 23:24:00 343 0

Xəstəxanaya gətirilən 2 azyaşlı qız

Şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edən 15 yaşlı qızların hamilə olduqları ortaya çıxıb. Son.az publika.az-a istinadən xəbər verir ki,  hadisə Sakaryanın Akyazı rayonunda baş verib. 15 yaşlarında 2 qız qarın nahiyələrində şiş və ağrılarla xəstəxanaya gətirilib. Müayinə zamanı qızlardan birinin 3 aylıq, digərinin isə 7 aylıq hamilə olduğunu öyrənən valideynlər şoka düşüblər. Faktla bağlı Prokurorluqda istintaq başladılıb.