Milyonçu olmağın 9 üstünlüyü


Digərləri 30 Dek 2017 22:50:00 303 0

Milyonçu olmağın 9 üstünlüyü

"Pul əl çirkidir" və ya "Pul və insan arasında münasibətlər qarşılıqlıdır: insan pulun saxtasın düzəldər, pul da insanın" kimi ifadələri unudun. Pula qarşı münasibətiniz dəyişməsə, onların da sizə qarşı münasibəti dəyişməz. Pulların insanlara yaratdığı imkanları birlikdə nəzərdən keçirək. Nəyə görə milyonçu olmağa dəyər?

Azadlıq

Son.az banco.az-a istinadən bildirir ki, müsahibələrini oxuduğum milyonçuların və zəngin insanların fikirlərindən belə qənaətə gəldim ki, onları varlanmağa sövq edən əsas hiss - azad olmaq hissidir. Yəni istədiyini və istədiyin vaxt etmək üçün milyonların olmalıdır.

Seçim

Azadlıq isə sənə seçim (alternativ) şansı verir. Sağa ya sola getmək və ya könlündən keçən istənilən istiqamətdə hərəkət etmək imkanı. Başqalarının pul sahib olmadan, sahib ola bilməyəcəyi imkanları seçmək şansı.

Qərarlar

Seçimlərlə isə qərarlar gəlir. Əlbəttə bu qədər seçimlər sizi yalnış qərarlara aparır. Milyonçuların çoxu həyatlarında kifayət qədər səhvlərə yol verir, amma məhz bu səhvlər onlara təcrübə qazandırır və ekspertə çevirir. Çünki  onlar bu səriştə ilə daha böyük risklərə gedir və əlbəttə ki, mükafatları da böyük olur.

Havayı şeylər

Bəli milyonçu olduqdan sonra, çox şeyləri sizə havayı verirlər. Sizcə milyonçuların nəyisə pulsuz-havayı almasını səbəbi nədir, axı onların istədiyi şeyi alcaq qədər pulları vardır. Lakin onlar pulsuz şeylərdən, endirimlərdən və hədiyyələrdən də yararlanır. Bununla onlar öz sərvətlərini və milyonçu statusunu qorumağı, həmçinin var dövlətlərini artırmağı da bacarır.

Əlaqələr - münasibətlər

"Zənginlər - daha da zənginləşir" deyimini eşitmisiniz. Çünkü onlar uşaqlarını da bu ruhda böyüdür. Onlar ətrafları ilə münasibətlər qurur və bu əlaqələr üzərində şəbəkələşir. Əgər sizin pulunuz varsa, insanlar ən yaxşı sövdələr, biznes və investisiyalar ilə bağlı sizin yanınıza təkliflərlə gəlir və bütün bunlar yeni fürsətlərə qapılar açır. Əgər mənim yanıma yaxşı təkliflə gəliblərsə, mənim pulum ona yatırım edəcək qədər deyilsə, mən kontaktları işə salaraq, öz dostlarıma ya şəbəkədəki insanlara ondan bəhrələnməyi tövsiyə edəcəm.