Qaxda 9cu sinif şagirdi dəm qazından zəhərlənib


Digərləri 30 Dek 2017 22:36:00 254 0

Qaxda 9cu sinif şagirdi dəm qazından zəhərlənib

Qaxda 9-cu sinif şagirdi dəm qazından zəhərlənib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 19 radələrində rayonun Qaxbaş kənd sakini, 2003-cü il təvəllüdlü Nərmin Pərviz qızı Hüseynova zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.   MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 9-cü sinif şagirdi olan Nərmin Hüseynovanın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənməsi məlum olub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Nərmin Hüseynovanın vəziyyətinin stabilləşməyə doğru getdiyi bildirilir.   Faktla bağlı araşdırma aparılır.