Gürcüstandan Yunanıstana uçan təyyarəni ildırım vurub
Dünya 30 Dek 2017 22:11:00 306 0
Gürcüstanın Kutaisi şəhərindən Yunanıstanın Kavala şəhərinə uçan "Wizz Air" aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Kutaisi Beynəlxalq Hava Limanı xəbər yayıb.
Hadisə təyyarənin Kavalaya yaxınlaşdığı zaman baş verib. Ekipajı təyyarəni Sofiyada endirməyə məcbur olub.
Sərnişinlərin Sofiyadan Kavalaya daşınmasının təmin olunacağını bildirən Kutaisi aeroportu təyyarənin Gürcüstana qayıdacağını və Kutaisiyə 20:00-da çatacağını qeyd edib.
Mənbə: milli.az