Türkiyəli nazirə dəstək verənlərə cinayət işi açılıb


Digərləri 30 Dek 2017 20:00:00 298 0

Türkiyəli nazirə dəstək verənlərə cinayət işi açılıb

Hollandiya hökuməti 11 Mart 2017-ci ildə türkiyəli nazirin Türkiyə konsulluğuna girişinə icazə verməmişdi

Hollandiya prokurorluğu Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın bu ölkədəki Türkiyə konsulluğuna girişinə icazə verilməməsinə etiraz edən 6 nəfər haqqında cinayət işi açıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,prokurorluqdan istintaq nəticəsində həbs edilən 2-si uşaq 6 nəfərin zorakılığa əl atdıqları səbəbilə mühakimə olunacağı bildirilib.

Qeyd edək ki, . Rotterdamda baş konsulluğa girməsinə imkan verilməyən Kayanın əvvəl qorumaları saxlanılıb. Bundan sonra nazir Almaniyaya getmişdi.

Rotterdam baş konsulluğu qarşısında gözləyən Türk vətəndaşlarına qarşı polis şiddəti zamanı ən az 7 nəfər yaralanıb və 12 nəfər saxlanılıb.