Zakir Həsənov əsgər valideynləri ilə görüşdü, nahar etdi FOTO


Digərləri 30 Dek 2017 19:44:00 383 0

Zakir Həsənov əsgər valideynləri ilə görüşdü, nahar etdi  FOTO

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə əsgərlərin valideynləri və yaxınları, ictimaiyyətin nümayəndələri üçün "Açıq qapı" günü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənovun başçılığı ilə bu qurumun rəhbər heyəti Qusar qarnizonunda yerləşən hərbi hissədə "Açıq qapı" günündə iştirak edib.

Z.Həsənov, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adını daşıyan küçədəki barelyefinin önünə də gül dəstələri qoyaraq şəhidlərimizin xatirəsini bir daha ehtiramla anıblar.

Daha sonra nazir və digər rəhbər şəxslər əsgər yaxınları, valideynləri ilə birlikdə bayram şənliyində iştirak ediblər.


Xəbərə aid fotolar