Alma ağacı həm yayda, həm də qışda bar verir


Digərləri 30 Dek 2017 19:13:00 383 0

Alma ağacı həm yayda, həm də qışda bar verir

Salyan rayonunda Axundovlar ailəsinin həyətyanı sahəsində əkilmiş alma ağacı hər 5 ildən bir qışda da bar gətirir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qeyri-adi hadisə Salyan şəhər sakini Fəxrəddin Axundovun həyətyanı sahəsində baş verib. Hündürlüyü 5 metrə yaxın olan alma ağacının yayda meyvəsinin yığılmasına baxmayaraq, qış fəslində ikinci dəfə bar verib. Təsərrüfat sahibi deyir ki, alma ağacı 25 il bundan öncə əkilib. Əkildiyindən 5 il sonra ilk dəfə olaraq ikinci dəfə qışda meyvə gətirib. Ağacın qışda bar verməsi də görənlərin marağına səbəb olur. Təsərrüfat sahibi həyətində yeganə olan bu alma ağacından əldə etdiyi yeni tinglər hesabına ağacların sayın artırmaq niyyətindəndir.