3 uşaq anası 63 kq ağırlıqda donda ərə getdi FOTO


Digərləri 30 Dek 2017 19:02:00 291 0

3 uşaq anası 63 kq ağırlıqda donda ərə getdi  FOTO

39 yaşlı britaniyalı Rebekka Marhemin toyu uzun müddət unudulmayacaq.

Son.az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Koventiri şəhərinin sakini, üç uşaq anası Rebekka 42 yaşlı Kevin Smitlə ailə qurub. Toy Uest-Midlends qraflığındakı Satton Koldfild şəhərinin "Four Oaks Methodist Church" kilsəsində olub.

Rebekka toyuna bir saat gecikib. Fəqət o, çəhrayı Hummer avtomobilindən çıxanda qonaqlar heyrətləniblər. Çünki Rebekkanın əynində nə az, nə çox - 63 kq ağırlığında gəlinlik vardı.

Vudford-Qrinç şəhərindəki dizaynerlərin tikdikləri bu paltarı geyinmək üçün Rebekka 20 dəqiqə çalışıbmış.


Xəbərə aid fotolar