Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksəlib VİDEO


Siyasət 30 Dek 2017 19:07:00 325 0

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksəlib  VİDEO

Bu il Azərbaycanın beynəlxalq aləmdə prinsipial mövqeyini və strateji maraqlarını təmin edərək öz mövqeyini daha da möhkəmləndirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ölkəmiz beynəlxalq və regional təşkilatlarda təmsil­çilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edib. Ölkəmizin müstəqil, çoxşaxəli fəal xarici siyasətinin yekunlarını əks etdirən reportaji sizə təqdim edirik. Ötən bir il ərzində Prezident İlham Əliyev Qətər, Polşa, Latviyaya rəsmi, Rusiyaya rəsmi və işgüzar, Fransa, Belçika, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, ABŞ və İsveçrəyə işgüzar səfərlər edib. Bununla bərabər, Prezident İlham Əliyevin beynəlxalq tədbirlər çərçivəsində digər ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşləri, Azərbaycana səfər edən digər yüksək vəzifəli nümayəndə heyətlərinin qəbulu və apardığı danışıqlar ikitərəfli əlaqələrimizin inkişafına xüsusi təkan verib. Ölkə başçısı, həmçinin bölgələrimizə 23 dəfə səfər edərək, regionlarda görülən işlərlə şəxsən tanış olub. Bu il həmçinin Azərbaycan ilə 70-ə yaxın ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunub. Geridə qoyduğumuz il Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafı baxımından əlamətdar olub. Prezident İlham Əliyevin bu ilin fevralında Brüsselə səfəri və Avropa İttifaqının rəhbərliyi ilə keçirdiyi görüşləri əlaqələrimizin inkişafına xüsusi təkan verib və rəsmi olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə danışıqlar başlayıb. Ötən ay dövlət başçısının qətiyyəti və prinsipallıgı sayəsində Brüsseldə Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsində Azərbaycan da daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə dair sənəd qəbul olunub. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının yaradılmasının 25 illiyi ilə əlaqədar qəbul olunmuş bəyanatında da quruma daxil olan ölkələrin beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyi vurğulanıb. Əlbəttə ki, bu və digər sənəddə yer alan məsələlər Ermənistanala gələcək danışıqlarda əsas arqumentlərdən biri olacaq. Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi və ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslam dünyası ölkələri ilə əlaqələrin inkişafına xüsusi təkan verib. İl ərzində dövlət başçısı BMT, İƏT , Ərəb-İslam-Amerika sammiti və digər beynəlxalq platformalarda İslam dünyası ölkələrini narahat edən problemlərin müzakirəsində yaxından iştirak edib. Prezident İlham Əliyev ilin sonunda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında çıxış edərək müsəlman ölkələrinə dəstəyini bir daha ifadə edib. Ötən il Ermənistan-Azərbaycan, Daglıq Qarabag münaqişəsinin tənzimlənməsi ilə baglı danışıqlar davam etdirilib. Oktyabr ayında Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Prezident İlham Əliyev bu görüşdə də bir daha Azərbaycanın prinsipal və dəyişməz mövqeyini bəyan edib. Beləliklə, intensiv və substantiv əsasda danışıqların davam etdirilməsi üçün xarici işlər nazirləri qarşısında tapşırıqlar qoyulub. Bu il əlamətdar olan hadisələrdən biri də Amerika- Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəislərinin görüşlərinin məhz Bakıda baş tutması idi. Bu bir daha sübut etdi ki, Azərbaycan regionun ən sabit və təhlükəsiz ölkəsidir və beynəlxalq aləmdə böyük nüfuza malikdir- həm Rusiya ilə, həm də ABŞ-la yaxşı münasibətləri var. İl ərzində Azərbaycanın ev sahibliyi ilə Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatlarında xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşlərin keçirilməsi qarşılıqlı əməkdaşlığın daha da möhkənləndirilməsinə işinə xidmət edib. İlboyu Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri inkişaf xətti ilə davam etdirilib. İyul ayında İstanbulda keçirilmiş 22-ci Dünya Neft Konqresi çərçivəsində Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşü zamanı ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti sentyabrın 21-də BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak edib. Dövlət başçısı BMT Baş Assambleyasında çıxış edərək ölkəmizin siyasi, sosial-iqtisadi və humanitar inkişaf modeli, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə baglı məsələləri diqqətə çatdırıb. Türkiyə ilə ikitərəfli əlaqələr strateji müttəfiqlik zəminində uğurla inkişaf edib. İl ərzində yüksək səviyyəli qarşılıqlı səfərlər, ölkələrimizin liderləri səviyyəsində səmimi dostluq şəraitində keçirilən görüşlər, beynəlxalq səviyyədə qarşılıqlı dəstək əlaqələrimizin daha da inkişafında mühüm rol oynayıb. Bu il iki ölkənin imza atdığı növbəti uğurlu transregional layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması, Azərbaycan və Türkiyə arasında Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi ilə əlamətdar olub. Ölkə başçısı, həmçinin türkiyəli həmkraı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində bu ilin okytabrında İstanbulda keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə də iştirak edib. Xatırladaq ki, Prezident İlham Əliyev bu il həmçinin 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 22-ci Dünya Neft Konqresi, Soçidə MDB Dövlət Başçıları Şurası, Davosda Dünya İqtisadi Forumunun "İpək yolunun səmərəsi'"adlı interaktiv iclasında da iştirak edib. Əldə olunan nəticələr deməyə əsas verir ki, Azərbaycan dövləti uğurlu diplomatiya sayəsində qlobal iqtisadi və siyasi proseslərdə aparıcı qüvvəyə çevrilib. Ölkəmiz beynəlxalq və regional təşkilatlarda təmsil­çilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edib. Prezident İlham Əliyevin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətti xarici aləmdə təqdir edilir. İl ərzində görülən işlər proqnozlaşdırmaga imkan verir ki, qarşıdakı ildə də Azərbaycanı milli maraqlara əsaslanan xarici siyasət kursunu davam etdirəcək.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin: