Təqaüdçülərin pulunu mənimsəyən şəxs tutuldu VİDEO


Digərləri 30 Dek 2017 19:08:00 251 0

Təqaüdçülərin pulunu mənimsəyən şəxs tutuldu  VİDEO

Qubada təqaüdçülərin pulunu oğurlayan şəxs saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Quba rayon Səbətlər kənd sakini İsmət Şahbazov bankomatdan pul çıxaran təqaüdçülərə yaxınlaşaraq onlara kömək etmək istədiyini bildirib. Sonra isə bankomatda pul olmadığını deyərək onları aldadıb. İnsanlar uzaqlaşandan sonra isə bankomatdan pulları götürüb. Bəzən isə vətəndaşların təqaüd kartını saxta kartlarla dəyişdirib. Bakıda isə polis tikinti şirkətlərinə qənim kəsilən şəxsi saxlayıb. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinda tikintisi davam edən binalardan elektrik naqilləri oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Röyal Məmmədov saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisindəki binalara 26 min manata qədər ziyan vurduğu məlum. Röyal Məmmədov oğurladığı naqilləri əridərək metal qəbulu mərkəzklərinə satıb. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.