Yaşlılara qənim kəsilən cinayətkar tutuldu VİDEO FOTO


Digərləri 30 Dek 2017 15:18:00 249 0

Yaşlılara qənim kəsilən cinayətkar tutuldu  VİDEO  FOTO

Qubada təqaüdçülərə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, dekabrın 26-da Quba rayonunun Yuxarı-Tülər kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 11-də təqaüdünü almaq üçün bankomata yaxınlaşıb, yaşlı olduğundan tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb.

Evinə gəldikdə isə qaytarılan kartın ona məxsus olmadığını öyrənib, dekabrın 26-da kartını yenilədikdən sonra hesabında olan 1300 manatının çıxarılmasını gördükdə, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb.

RPŞ əməkdaşlarının isti izlərlə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Quba rayonunun Səbətlər kənd sakini İsmət Şahbazov saxlanılaraq RPŞ-yə gətirilib. Dindirmə zamanı o, törətdiyi əməli etiraf edərək bildirib ki, kartda olan 1300 manatı bankomatdan çıxararaq mənimsəyib.


Xəbərə aid foto