Azərbaycan kənd təsərrüfatı məhsullarının Tacikistana ixracı imkanları müzakirə edilib


İqtisadiyyat 30 Dek 2017 14:11:53 321 0

Azərbaycan kənd təsərrüfatı məhsullarının Tacikistana ixracı imkanları müzakirə edilib

Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Tacikistana səfərinin təşkili təklif olunur

Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan-Tacikistan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyevlə görüşüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Qeyd edilib ki, Azərbaycan və Tacikistan ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş olduğu, tranzit, kənd təsərrüfatı sahələrində əməkdaşlığın, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Tacikistana ixracının, Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Tacikistana səfərinin təşkilinin, yerli şirkətlərin Tacikistanda həyata keçirilən layihələrdə iştirakının ölkələr arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb və bu məsələlərin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə də iştirak edib.