Ermənistanın xarici ticarət balansında mənfi saldo 32 faizə yaxın artıb


Dünya 30 Dek 2017 13:56:00 241 0

Ermənistanın xarici ticarət balansında mənfi saldo 32 faizə yaxın artıb

Ermənistanda bu ilin yanvar-noyabr aylarında xarici ticarət balansında mənfi saldo 1,757 milyon dollara bərabər olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu göstərici ötən illə müqayisədə 31,8 faiz artıb.

Qeyd olunur ki, bu ilin 11 ayı ərzində Ermənistanın xarici ticarət dövriyyəsi 5,784 milyard dollar təşkil edib.