Ata sevdiyinə ərə gedən qızını cəzalandırmaq üçün kəndə gətirib, 3 nəfərə zorlatdı
Dünya 30 Dek 2017 13:41:00 280 0
Pakistanda sevdiyi oğlana ərə gedən qız oğlanı özü seçdiyinə görə 3 nəfərin təcavüzünə məruz qalıb.
Son.az Haberler-ə istinadla xəbər verir ki, hadisə Pakistanın Hindistanla sərhədinin yaxınlığındakı Faisalabad şəhərinin Tandlianvala qəsəbəsində baş verib.
Yerli qəzetlərdən birinin yazdığına görə, 19 yaşlı qız bir ay yarım əvvəl sevdiyi oğlanla ailə qurub. Lakin qız oğlanı özü seçdiyinə görə bu kənddə normal qarşılanmayıb. Qız cəzalandırmaq üçün atası evinə gətirilib. Ona təcavüz edilməsi barədə kənd ağsaqqalları tərəfindən qərar qəbul edilib. Qızın atası da buna etiraz etməyib. Ailəli qadın 3 nəfərin təcavüzünə məruz qalıb.
Mənbə: milli.az