Cinayəthüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçirilən hüquq islahatlarının yeni mərhələsi


Digərləri 30 Dek 2017 13:36:00 242 0

Cinayəthüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçirilən hüquq islahatlarının yeni mərhələsi

Son.az Trend-ə istinadən Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Nazim Abbasovun məqaləsini təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 10 fevral 2017-ci il tarixdə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan altenativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncam imzalanmışdır.

Sərəncamda cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbiri və azadlıqdan məhrumetmə cəzasının tətbiqinin məhdudlaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasya-kommunikasiya texnologiyaların tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edilməlidir ki, 2000-ci ildən qüvvədə olan Cinayət Məcəlləsi ötən dövrdə müxtəlif normativ aktların qəbul edilməsi ilə əlaqədar əlavə və dəyişikliklərə məruz qalmışdır.

Son dəyişikliklər geniş miqyası ilə fərqlənməklə, cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində aparılan hüquq islahatlarının yeni mərhələsinin başlanğıcı sayıla bilər.

Yalnız bir faktı qeyd etmək kifayətdir ki, yeni Qanunla qüvvədə olan Cinayət Məcəlləsinin 300-dən çox maddəsinə əlavə və dəyişikliklər edilmişdir.

Ümumiyyətlə, cinayət-hüquq siyasətində liberallaşdırma tendensiyası dövlətin və cəmiyyətin demokratik quruculuq yolunda dinamik inkişafının göstəricsidir. Yəni, bütün bunlar dinamik inkişafımıza əyani sübutdur.

Bu baxımdan yaxın tariximizə nəzər saldıqda aydın olur ki, 9 avqust 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirnilməsi barədə" məlum Fərmanın verilməsi həmin dövrdəki mövcud şərait, dövlətin və dövlətçiliyin qorunması, cəmiyyət üzvlərinin təhlükəsizliyinin təmin olunması zərurəti, cinayətkarlığa qarşı mübarizəinin gücləndirilməsi və cinayət törətmiş şəxslərə qarşı sərt cəzaların tətbiq olunması zərurəti ilə şərtlənmişdir. Uzun müddət məhkəmə və hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizə fəaliyyətində istinad nöqtəsi sayılan həmin Fərmanda verildiyi tarixi şəraitə uyğun olaraq cinayətkarlığa qarşı mübarizə işində qanunun bütün imkanlarından istifadə olunması tələb edilirdi.

Bu gün müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi düzgün siyasət, görülmüş məqsədyönümlü tədbirlər sayəsində ölkəmizdə dayanıqlı ictimai-syiasi sabitlik hökm sürür ki, bu bizim ən böyük uğurlarımızdandır.

Ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində müsbət dəyişikliklərə uyğun olaraq zaman-zaman qanunlarımızın demokratik prinsiplərə uyğunlaşdırılması və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində mütəmadi qaydada islahatlar həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Sərəncamı və onun icrası ilə bağlı cinayət təqibi və cəza siyasətinin liberllaşdırılmasına yönələn Qanunun qəbulu ölkəmizdə hökm sürən real ictimai-siyasi sabitlikdən, iqtisadi inkişaf sahəsində əldə etdiyimiz nailiyyətlərdən, bir sözlə, günün tələblərindən irəli gəlir.

Həmçinin, qeyd etmək lazımdır ki, yeni Qanunun qəbulu həm də cəmiyyətdə qanunlara hörmətin artması, qanunların məzmun və mahiyyətinin dərk edilməsi və onların tələblərinə dönmədən əməl edilməsinin zəruriliyi ilə bağlı insanların şüurunda baş vermiş müsbət dəyişikliklər ilə şərtlənmişdir.

Eyni zamanda, qanunvericiliyin və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilmiş əsaslı tədbirlər, onların məqsədlərinin və törədilmiş cinayətlərə görə cəza tətbiq ediləcəyi ilə bağlı dövlət siyasətinin dəyişməz qaldığının cəmiyyət üzvləri tərəfindən dərindən dərk edilməsini, habelə vətəndaşlarımızın öz fəaliyyətlərini ciddi şəkildə bu qanunların tələblərinə uyğun həyata keçirmələrini tələb edir.

Həmin tələblərə layiqincə əməl olunması gələcədə cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində daha da mütərəqqi qanunların qəbul olunmasına təkan verəcəkdir.

Yuxarıda göstərildiyi kimi, 20 oktyabr 2017-ci il tarixli Qanunla Cinayət Məcəlləsinin "Həyat və sağlamlıq əleyhinə olan cinayətlər", "Mülkyiyyət ələehinə olan cinayətlər", "İqtisadi fəaliyyət sahəsində olan cinayətlər", "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər" və digər fəsillərində yerləşən 300-ə qədər maddədə mühüm dəyişikliklər və əlavələr edilərək, 18 cinayət əməli dekriminallaşdırılmış, 24 cinayət əməlinə görə zərərçəkimiş şəxslə barışma və ziyanın ödənilməsi, 25 cinayətə görə ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi, 2 cinayətə görə məhkəmə qərarının icrası və ya əmək müqaviləsinin bağlanması şərti ilə cinayət məsuliyyətindən azad etmə, 1 cinayətə görə narkomanlıq xəstəliyinə düçar olmuş təqsirləndirilən şəxsin tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqindən sonra sağaldıqda cinayət məsuliyyətindən azad edilməsi müəyyən olunmuş, 152 normanın sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə edilmiş və 36 cinayət görə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutlumşudr.

Cinayət Məcəlləsində bir sıra əməllərin dekriminallaşdırlması istiqamətində diqqət çəkən mühüm dəyişiklik "Mülkiyyət əleyhinə olan cinayətlər" və "İqtisadi fəaliyyət sahəsində olan cinayətlər"lə bağlı cinayət məsuliyyətinin yaranmasına səbəb olan ziyanın məbləğinin əhəmiyyətli dərəcədə artırılmasıdır.

Belə ki, yeni Qanunda ölkədə gedən iqtisadi-sosial proseslər və iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlar nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin "Mülkiyyət əleyhinə olan cinayətlər" fəslinin 177.1, 178.1 və 179.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə görə məsuliyyətin yaranması üçün zəruri olan məbləğ beş dəfə, yəni 100 manatdan 500 manatadək artırılaraq, həmin əməllərlə əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulmasının cinayət məsuliyyətinə səbəb olması təsbit edilmiş (əvvəllər bu maddələrlə məsuliyyətin yaranması üçün yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ nəzərdə tutulurdu), habelə, 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrdə "xeyli miqdar" ziyanın beş min manatdan yuxarı, lakin əlli min manatdan yuxarı olmayan məbləği (əvvəllər 177-187, 189 və 189-1-ci maddələrdə "xeyli miqdar" dedikdə, üç min mantadan yuxarı, lakin on min manatdan yuxarı olmayan məbləğ başa düşülürdü), "külli miqdar" ziyanın əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləği (əvvəllər "külli miqdar" dedikdə on min manatdan artıq olan məbləğ başa düşülürdü), "xüsusilə külli miqdar" ziyanın beş yüz min manatdan yuxarı olan məbləği ehtiva etməsi müəyyən olunmuşdur.

Əhəmiyyətli məqamlardan biri kimi qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş əməllərə görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyanın vurulması kifayət edir.

Eləcə də, Cinayət Məcəlləsinin 190-cı maddəsinin (Qanuni sahibkarlıq fəaliyyətinə mane olma) "Qeyd" hissəsində "192.2.1, 192.2.2, 192-1.3.2, 193.2.1, 193.2.2," rəqəmləri "192-1.3.2" rəqəmləri ilə əvəz olunaraq, 19 maddədə (192.1, 192-1.1, 192-1.2, 193.1, 194.1-1, 195.1, 195-1.1, 195-1.2, 196.1, 197.1, 198.1, 200-2.1, 201-1.1, 203.1, 204.2,, 205-2.1, 210.1, 211.1 və 212.1-ci maddələr) "xeyli miqdar" dedikdə, iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, 21 maddədə (190.2, 192-1.3.2, 194.2.4, 195.2, 195-1.3, 196.2, 197.2, 198.2, 200-2.3, 201-1.2, 202.2, 202-1.2, 202-2.1, 203.2, 203-1.1, 204.3.2, 205.2.3, 205-2.2.3, 210.2, 211.2 və 212.2-ci maddələr) "külli miqdar" dedikdə yüz min manatdan artıq olan mәblәğ, 4 maddədə (192.2.1, 192.2.2, 193.2.1 və 193.2.2-ci maddələr) "külli miqdar" dedikdə yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, yenə 4 maddədə (192.3.1, 192.3.2, 193.3.1 və 193.3.2-ci maddələr) "xüsusilə külli miqdar" dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.

Eyni zamanda, Cinayət Məcəlləsinin 200-cü maddəsinin "Qeyd" hissəsində əməlin "istehlakçıları xeyli miqdarda aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma" tərkibini yaratması üçün nəzərdə tutulan məbləğ artırılaraq üç yüz manatdan üç min manata qədər təsbit edilmiş (əvvəl yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ), 209-cu maddənin "Qeyd" hissəsində "gömrük ödənişlərinin ödənilməsindən küllü miqdarda yayınma" və 213-cü maddənin "Qeyd" hissəsində "vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən külli miqdarda yayınma" tərkiblərinin yaranması üçün yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ (əvvəl yüz min manatdan artıq olan məbləğ) müəyyən edilmişdir.

Bunlarla yanaşı, "xüsusilə ağır cinayət" kimi Cinayət Məcəlləsinə əlavə olunmuş 6 maddənin (177.4, 178.4, 179.4, 180.4, 181.4 və 182.4-cü maddələr), "ağır" cinayət kimi əlavə edilmiş 2 maddənin (185.4 və 186.3-cü maddələr), "az ağır" cinayət kimi əlavə olunmuş 8 maddənin (187.4, 189-1.2-1, 192.3.1, 192.3.2, 193.3.1, 193.3.2, 209.3 və 213.3-cü maddələr) dispozisiyalarında nəzərdə tutulmuş "xüsusilə külli miqdar" anlayışı həmin əməllərin törədilməsi nəticəsində beş yüz min manatdan yuxarı ziyan vurulmasını ehtiva edir.